Rusiya HDD Arktikada beş yeni ada aşkar edib

Rusiya HDD Arktikada beş yeni ada aşkar edib

Rusiya Hərbi Dəniz Donanması uzaq Arktikada buzlaqların əriməsi ilə ortaya çıxan beş yeni ada aşkar edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, vitse-admiral Alexander Moiseyev avqust və sentyabr aylarında bir ekspedisiyanın hələ adlandırılmamış və əvvəllər buzlaqların altında gizlənmiş adaları xəritələşdirdiyini bildirib.

Əvvəllər buzlaq olduğu düşünülən parçalar temperaturun dəyişməsindən sonra ada olduğu ortaya çıxıb.

Qeyd edək ki, Rusiya Arktikada artan temperaturun yeni gəmi yolları açdığı üçün burada bir sıra hərbi və elmi bazalar açır.

Sevinc Əliyeva

Mənbə: ordu.az