Azərbaycanlı Rusiyada "Bilayn”ın prezidenti oldu

Azərbaycanlı Rusiyada "Bilayn”ın prezidenti oldu

VimpelCom (Bilayn markası) Direktorlar Şurası, avqustun 17-də keçirilən iclasda Rusiya Kommunikasiya və Rabitə Nazirliyi rəhbərinin keçmiş müavini Rəşid İsmayılovu şirkətin prezidenti seçib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, bu barədə operatorun bəyanatında deyilir.

Rəşid İsmayılov 2023-cü ilin avqust ayına qədər hesablanmış üç illik müqavilə imzalayıb.

Əvvəlcə İsmayılov şirkətin baş direktoru, şirkətin rəhbəri Aleksandr Torbaxovun müşaviri kimi Bilayna işə düzəlib. İsmayılovdan əvvəl şirkətin prezidenti 2015-ci ildən bu vəzifədə olan Alexander Krupnov idi.

“VimpelCom”un nizamnaməsinə əsasən, prezident dövlət sirlərini əks etdirən məlumatlarla operatorun işinə cavabdehdir, baş direktorun isə onlara daxil olma imkanı yoxdur.

Prezident şirkətin maraqlarını dövlət qurumlarına təqdim edir və fərdi məlumatlarla işləmə siyasətini müəyyənləşdirir.

İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər rabitə nazirinin müavini olub, daha sonra Rusiyada Nokia şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzinə rəhbərlik edib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az