Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 180.5 milyon manatlıq məhsul istehsal olunub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 50.1 faiz artıb, elektrik avadanlıqların istehsalı isə 2.4 faiz azalıb
Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2.1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2 dəfə artıb.
Mənbə: banker.az