Feysbuk yeni proqramla ABŞ seçkilərini qoruyacaq

Feysbuk yeni proqramla ABŞ seçkilərini qoruyacaq

Feysbuk şirkəti partiya və siyasətçilərin hesablarını haker hücumlarından qorumaq, həmçinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə hallarını aradan qaldırmaq üçün “Feysbuk Protekt” proqramını işə salıb.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk şirkətindən informasiya verilib.

Proqramın seçilmiş vəzifəli şəxslərin, namizədlərin, habelə onların işçilərinin və digər şəxslərin hesablarını haker hücumlarından qorumaq üçün nəzərdə tutulduğu bildirilir. Belə ki, şirkət hesablara hücumları yoxlamaq və ehtiyac olacağı halda müdaxilə etmək imkanlarına sahib olacaq.

Mənbə: axar.az