AMD, 3-cü nəsil Threadripper prosessorlarını təqdim etdi!

AMD, 3-cü nəsil Threadripper prosessorlarını təqdim etdi!

AMD son illərdə prosessor bazarında əhəmiyyətli bir irəliləyiş əldə etmiş və Intel-lə rəqabətə başlayan AMD, yeni prosessorunu təqdim edib. Ryzen Threadripper 3-cü nəsil, 32 nüvəyə qədər dəstəkləyir.

Prosessoru təqdim edən AMD-nin baş direktoru Lisa Su, yeni prosessorun hər cür yüklənmədə daha sürətli olduğunu və bazarda ən sürətli masa üstü kompüter prosessoru olduğunu söyləyib. Yeni Threadripper seriyası 2 ayrı modellə gəlir.

Yeni seriyadakı iki modeldən birincisi 24 nüvəsi olan Threadripper 3960X idi. Baza sürəti 3,8 GHz olan Prosessorun sürətini boost ilə 4,5 GHz-ə qədər artırmaq olar.

140 MB ümumi yaddaşı olan prosessor 88 PCle xəttinə malikdir. Prosessorun TDP (təxminən istifadə edə biləcəyi Güc) 280 Vatt var və dörd kanallı yaddaşı dəstəkləyir.

Daha yüksək model olan Threadripper 3970X isə 32 nüvəyə malikdir. Bu prosessorun sürəti daha yavaş olub, 3,7 GHz təşkil edir lakin boost-dan istifadə edərək 4,5 GHz-ə qədər artırıla bilər. Bu prosessor 144 MB yaddaşa sahibdir.

Mənbə: techland.az