Cənubi Koreya Filippin HDQ-nin ikinci “Xose Rizal” freqatını işə salıb

Cənubi Koreya Filippin HDQ-nin ikinci “Xose Rizal” freqatını işə salıb

Cənubi Koreyanın gəmi istehsalçısı “Hyundai Heavy Industries” Filippin Hərbi Dəniz Qüvvələri üçün ikinci “Xose Rizal” sinifli freqatı işə salıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, noyabrın 8-də Cənubi Koreyanın Ulsan şəhərində “Antonio Luna” adlı freqatın təntənəli buraxılış mərasimi keçirilib.

Qeyd olunur ki, Filippin ümumilikdə bunlar üçün 337 milyon ABŞ dolları məbləğində müqavilə bağlayıb.

Sevinc Əliyeva

Mənbə: ordu.az