ABŞ-a məxsus “F-35” təyyarələri ilə Rusiyaya məxsus “Tu-160” təyyarəsi Yapon dənizi üzərində qarşı-qarşıya gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Bildirilir ki, 2 “F-35” təyyarəsi bölgədə planlı uçuş həyata keçirən “Tu-160” qırıcısına yaxınlaşaraq, onu təqib etməyə başlayıb. Lakin yüksək manevr imkanları olan Rus təyyarəsi “F-35”lərdən uzaqlaşaraq gözdən itib.
ABŞ qırıcıları təqibə davam etmək istəsə də, “Tu-160”nın izinə rast gələ bilməyiblər.
Qeyd edək ki, “Tu-160” qırıcısı hipersonik növə daxildir və saatda 2200 kilometr sürətlə uça bilir. 25 saat havada qalan bilən qırıcı, sürətli manevr imkanları ilə seçilir.
Mənbə: metbuat.az