45-52 yaş arası tədqiqat aparıldı -Vəziyyət acınacaqlıdır

45-52 yaş arası tədqiqat aparıldı -Vəziyyət acınacaqlıdır

Alimlər hesab edirlər ki, insanın “daxili saatını” tənzimləyən “yuxu hormonu” melatonin osteoporozun müalicəsinə kömək edə bilər. Pitsburq Universitetinin (ABŞ) tədqiqatları orqanizmdəki melatoninlə sümükləri kövrəldən sümük toxumasının incəlməsi prosesi arasında qarşılıqlı əlaqəni sübut etməyə yönəlib.

News24.az xəbər verir ki, melatonin beyindəki əzgiləbənzər vəz tərəfindən ifraz olunan hormondur. Gecələr əmələ gəlir və yuxunun dövriliyini, habelə endokrin sisteminin fəaliyyətini tənzimləyir.

Əvvəlki tədqiqatlar da melatoninlə osteoporoz arasındakı əlaqəni aşkara çıxarmışdır. ABŞ-da aparılan tədqiqatlardan biri göstərmişdir ki, 20 ildən yuxarı gecə növbəsində işləyən qadınlar bilək və omba sınıqlarından daha çox əziyyət çəkirlər. Alimlər təxmin etmişlər ki, qadınların gecə vaxtlarında gur işığa məruz qalmaları və gündüzlər kifayət qədər günəş şüaları almamaları onların orqanizmində melatoninin normal dövriyyəsini pozub.

Yeni tədqiqatda 45-52 yaş arasında 20 qadın iştirak edəcəkdir. Onlar yatmazdan əvvəl həb şəklində melatonin qəbul edəcəklər. Sonra alimlər sümük toxumasının müalicədən əvvəlki və sonrakı sıxlığını müqayisə edəcəklər. Tədqiqatın nəticələri yaxın yarım ildə açıqlanacaqdır.

Osteoporoza həm qadınların, həm də kişilərin məruz qalmasına baxmayaraq, sınaqlar qadınlar üzərində keçiriləcəkdir. Çünki sümük toxumasında dəyişikliklər yaşa dolan xanımlarda estrogenin səviyyəsinin azalması ilə bağlıdır.

Mənbə: news24.az