Xiaomi şirkəti Mi Watch Pro üzərində çalışır

Xiaomi şirkəti Mi Watch Pro üzərində çalışır

Xiaomi şirkəti özünün Mi Watch adlı smart saat modelini təqdim etdi. İndi isə internetdə məlumat ortaya çıxıb ki, şirkət Mi Watch-un daha təkmilləşdirilmiş versiyasını satışa çıxarda bilər. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Mukul Sharma-nın sözlərinə əsasən şirkət artıq Mi Watch Pro modeli üzərində çalışır.

Milli.Az technote.az-a istinadən bildirir ki, Mi Watch Pro barəsində hələki heç bir məlumat verilməyib. Sadəcə olaraq məlum olan odur ki, adi Mi Watch-dan fərqli olaraq Pro model dairəvi gövdə və ekran əldə edəcək. Güman etmək olar ki, Pro modelin texniki göstəriciləri adi Mi Watch ilə eyni olacaq. Mi Watch Pro-nu dəqiq şəkildə bu il gözləmək lazım deyil.

Mənbə: news.milli.az