Xiaomi şirkəti 50 qat rəqəmsal zoom özəllikli kameraya sahib smartfonun patentini alıb

Xiaomi şirkəti 50 qat rəqəmsal zoom özəllikli kameraya sahib smartfonun patentini alıb

Bir neçə müddət bundan öncə XDA-Developers saytının istifadəçiləri MIUI 11 istifadəçi interfeysinin son versiyalarından birində maraqlı məlumat aşkar etdilər. Həmin aşkar edilmiş məlumata əsasən Xiaomi şirkəti 50 qat rəqəmsal zoom-a və 5 qat teleobyektivə sahib smartfonu satışa çıxardacaq. İndi isə şirkətin ortaya çıxmış yeni patenti bu məlumatı təsdiqləyib.

Bu barədə Mspoweruser.com saytı xəbər verib. Sözügedən patent bu ilin 9 avqust tarixində təqdim edilib. Həmin patent özündə sözügedən smartfonun eskizlərini əks etdirir. Fotolardan da görmək olar ki, smartfonun yuxarı hissəsində zoom kamera, aşağı hissəsində isə iki kamera modulu və əlavə bir kamera yerləşdirilib.

 

Əlavə kamera modulu ya ToF ya da makrofotoların çəkilməsi üçü nəzərdə tutulmuş kamera moduludur. Patentdəki fotolar həmçinin onu təsdiqləyib ki, smartfonun ön kamerası gövdənin yuxarı hissəsinin daxilinə inteqrasiya ediləcək. Xiaomi Mi 9T smartfon modelindəki kimi. Smartfon barəsində digər bir məlumat hələki yoxdur.

Milli.Az

Mənbə: news.milli.az