Nağdsız əməliyyatlar 2023-də 1 trilyon dolları aşacaq

Nağdsız əməliyyatlar 2023-də 1 trilyon dolları aşacaq

Ödəmə və mobil texnologiyaların inkişafı ilə dünya miqyasında nağd istifadəsi azalmaqda davam edir.

"Marja" xəbər verir ki, "Business Insider Intelligence"nin hazırladığı "Payments Forecast Book 2019" hesabatına görə, nağd istifadə edilmədən aparılan əməliyyatların həcminin 2023-cü ildə ilk dəfə 1 trilyon dolları keçəcəyi gözlənilir.

Hesabata görə, artım kart istifadəsinin artması, ödəniş infrastrukturunun inkişafı və cib telefonlarından istifadənin genişlənməsi ilə bağlıdır.

Hesabata görə, inkişaf etməkdə olan bazarlardakı dəyişikliklər, Çin, Hindistan və Cənub-Şərqi Asiya kimi böyük bazarlardakı müştərilərin, Alipay və Paytm kimi elektron kisələrə, WeChat və Grab kimi proqramlara axın etməsilə nağdsız ödənişlər artır.

Mənbə: marja.az