Elektron siqaretlərdə zərərli maddə aşkarlandı

Elektron siqaretlərdə zərərli maddə aşkarlandı

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC), elektron siqaretlərdə istifadə edilən E vitamininə asetat adlı kimyəvi əlavələrin ağciyər xəstəliklərinə səbəb olduğunu açıqlayıb.

Cebhe.info xəbər verir ki, CDC nümayəndələri müxtəlif vilayətlərdə yaşayan və elektron siqaretə bağlanan 29 xəstədən nümunələr götürüblər.

Aparılan test nəticəsində E vitamini asetat maddəsinin elektron siqaretə bağlı olanlarda fərqli narahatlıqlara səbəb olduğu təyin edilib.

Test qrupunun nümayəndəsi Dr. James Pirkle qeyd edib ki, E vitaminli asetat olaraq bilinən maddə son dərəcə yapışqan olduğu üçün ağciyərlərə girdikdən sonra çıxmır.

CDC icra başçı köməkçisi Dr. Anne Schuchat isə nəticənin əla bir ixtira olduğunu vurğulayıb:

"Bu digər komponentləri sıradan çıxarmır, bəlkə birdən çox səbəb var, amma yeni tapıntılar vacibdir. Əlimizdə güclü bir səbəbimiz var. Əldə edilən məlumatlara baxmayaraq, CDC çox çeşidli kimyəvi maddələri sınamağa davam edəcək”.

CDC-nin noyabrın ayında yaydığı son məlumatlara görə, Alyaskadan başqa bütün ştatlarda görülən və elektron siqaret istifadəsi səbəb olduğu düşünülən hadisələrin sayı 2 min 51-ə çatıb, ən az 40 nəfər də ölüb. CDC-nin hesabatında xəstəliyin ilk simptomları arasında tənəffüs çatışmazlığı, yorğunluq, sinə ağrısı və qusma halları da daxil edilib.

Yeganə Oqtayqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info