Fisker ilk krossoverinin adını açıqlayıb - FOTO

Bu gün Fisker şirkəti özünün gələcək elektrik krossoverinin adını açıqlayıb. Teslo Model Y krossoveri ilə rəqabətə girişəcək elektromobil Fisker Ocean adını daşıyacaqdır. Yeni krossover 2020-ci ilin yanvar ayında keçiriləcək Detroyt avtosalonunda debüt edəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, elektrokar dolu batareya ilə 480 km məsafə qət edəcəkdir. Modelin qabarit uzunluğu 4640 mm, başlanğıc qiyməti isə 40 min dollara qədər olacaqdır. Fisker Ocean modelinə öncədən sifarişlərə 27 noyabr tarixindən qəbul edilməyə başlanacaqdır. Fisker Ocean elektrokarının istehsalına 2021-ci ilin ikinci yarısında başlamaq planlaşdırılır. İlk avtomobillər müştərilərə 2022-ci ilin əvvəlində çatdırılacaqdır.

Fisker elektrokrossoveri hər oxda biri quraşdırılan iki elektrik mühərriki və 80 kilomat-saatlıq həcmi olan batareyalar bloku ilə təchiz ediləcəkdir. Avtomobil çıxarılan və ya elektrik ötürməsi ilə açılan tavana malik olacaqdır. Bu tavan "kuzovun bütövlüyünə zərər vermədən, açıq tavanla səyahət etmək həzzini" təmin edəcəkdir.

İstehsalçı iri salonun, böyük proyeksiya displeyinin və bort sistemlərinin ağıllı interfeysinin olacağını da bildirib. Bundan başqa, krossover "ənənəvi olaraq superkarlara xas olan dizayn elementrlərinə" sahib olacaqdır. Yeni elektrik krossoverinin bu ilin sonunda satışa çıxacağı ehtimal olunur.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Şəhərimiz üç rəngə bürünüb - VİDEO

SONRAKI XƏBƏR

Məşhur "Qladiator" kökəlib BELƏ OLDU — FOTO