Azərbaycanda ilk dəfə Onlayn alış-verişdən Cashback qazandıran sistem

 Azərbaycanda ilk dəfə Onlayn alış-verişdən Cashback qazandıran sistem

Onlayn alış-veriş günümüzün adi elementlərindən birinə çevrilib. Son bir neçə ildə xüsusilə beynəlxalq elektron ticarətdən yararlnan Azərbaycan əhalisinin sayı xüsusilə artmışdır. Vətəndaşlar arasında ən populyar onlayn alış-veriş platformaları Aliexpress (Çin), Amazon (ABŞ), Trendyol (Türkiyə), Asos (İngiltərə) və digər saytlardır.

Xeberler.az bildirir ki, elektron ticarəti stimullaşdırmaq məqsədilə onlayn mağazalar endirimlər, kuponlar, cashback, hədiyyə kartları və digər müxtəlif növ həllərdən istifadə edirlər. Qeyd olunmuş həllərdən ən populyarı cashback xidmətidir ki, bu yolla vətəndaşlar onlayn alışlarından ödədikləri məbləğlərin bir hissəsini geri qazana bilərlər. Təəssüflər olsun ki, bu metod Rusiya, Türkiyə və ABŞ kimi ölkələrdə populyar olsa da, Azərbaycanda mövcud deyildi. Xarici cashback xidmtələrdən yararlanmaq istəyən şəxslərin isə üzləşdiyi ən əsas problem, toplanmış vəsaitin nağdlaşdırılması idi ki, bunu da Azərbaycan vətəndaşının istifadə edə bilmədiyi xarici ödəmə platformaları və onlayn cüzdanları ilə mümkünlüyü idi. Məhz buna görə də, vətəndaşlar xarici cashback xidmətlərdən istifadə edə bilmədiklərindən, hər il milyonlarla vəsait geri qaytarılmırdı.

Bon.az layihəsi məhz bu problemi həll etmək üçün yaradılmış, Azərbaycanın ilk onlayn cashback platformasıdır. Layihənin həll etməyə çalışdığı məsələ həm onlayn alış-verişdən cashback əldə etməyi təmin etmək, həm də toplanmış vəsaitləri yerli ödəmə metodlarının köməyi ilə vətəndaşlara əlçatan etməkdir.

Layihə hal-hazırda ilk addımlarını atdığından, platformada 40-a yaxın onlayn mağazadan cashback qazanmaq imkanı mövcuddur. Mağazalar arasında ölkə vətəndaşları arasında məşhur olan Aliexpress, Gearbest, iHerb, Aviasales, Apple iTunes və digər saytlar vasitəsilə, müxtəlif kateqoriyalardan; geyim, elektronika, kosmetik və sağlamlıq vasitələri, aviabilet, hotel, kitab, musiqi və digər məhsulları alarkən 90%-dək cashback qazanmaq mümkündür. Yaxın gələcəkdə bu siyahıya ebay, Booking.com, Amazon və digər beynəlxalq onlayn mağazalarla yanaşı, həm də yerli onlayn mağazaların inteqrasiyası nəzərdə tutulmuşdur.

Cashback qazanmaq üçün ilk növbədə https://bon.az saytıda qeydiyyatdan keçərək, hesab açmaq, alış-veriş etmək istədiyiniz mağazanı seçərək, Aktivləşdir düyməsi vasitəsilə həmin mağazaya keçid etmək lazımdır ki, bundan sonra həmin mağazadan edilən ödənişdən cashback hesabınızda yer alacaq. Cashback-in düzgün hesablanması və itməməsi üçün isə, saytın Sual-cavab bölməsindəki izahlar ilə tanış olmaq lazımdır.

Toplanmış vəsaitləri isə Portmanat, Visa və Mastercardlı bank kartları, mobil operatorların hesablarına yönləndirə bilərlər. Bununla yanaşı gələcəkdə toplanmış vəsaitləri xeyriyyə, miles və digər metodlarla da nağdlaşdırmaq mümkün olacaq.

Mənbə: xeberler.az