“Google” gizli layihə həyata keçirəcək - İDDİA

“Google” gizli layihə həyata keçirəcək - İDDİA

“Google” şəxsi məlumatları toplamaq üçün gizli layihə üzərində işləyir.

“Google” ABŞ-ın “Ascension” səhiyyə şirkəti ilə birgə 21 ştatda əhalinin sağlamlığı haqqında məlumat toplamaqla “gizli layihə” həyata keçirməyə başlayıb.

“The Wall Street Journal”in yazdığına görə, “Google” və “Ascension” şirkətləri keçən ildən birgə fəaliyyət göstərərək, layihələri üçün xəstələrin məlumatlarından istifadə ediblər. Lakin bu barədə həkimlərə və xəstələrə xəbər verilməyib.

Bu məlumatlara əsasən, “Google” xəstələrə fərdi müalicə kursu təqdim edə biləcək.

Mənbə: www.oxu.az