Günəş sistemində YENİ PLANET - HİGEYA

Günəş sistemində YENİ PLANET - HİGEYA

Higeya adlı kosmik cism "cırtdan planet" sayılması üçün bütün lazımi parametrlərə malikdir. Bu, Günəş sistemində artıq altıncı oxşar obyektdir.

BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, bütün nəticələr tədqiqatçılar tərəfindən "Nature Astronomy" elmi jurnalda təqdim olunub.

Kosmik cismin təzə şəkilləri Çili teleskopu (VLT) vasitəsilə əldə edilib. Obyekt, digər "cırtdan planetlər" kimi, Günəş ətrafında fırlanır, heç bir planetin peyki deyil, öz orbitini digər cisimlərdən təmizləyə bilmir və kürə şəklini almaq üçün kifayət qədər çəkiyə malikdir. Lakin son parametrlə bağlı alimlər uzun müddət şübhə içində olublar.

Müşahidələr zamanı kosmik cismin dəqiq forma və ölçüləri məlum olub. Diametri 430 kilometrə yaxın olan bu obyekti Günəş sisteminin ən kiçik planeti hesab etmək olar. Daha öncə bu "titul" 950 kilometr diametri olan Serera planetinə aid olub.

Hazırda Günəş sistemində rəsmi olaraq "cırtdan planet" adı verilən beş cism var: Makemake, Erida, Haumea, Pluton və Serera.

Higeya "cırtdan planeti" əsas asteroid kəmərində böyüklüyünə görə dördüncü sayılır. O, 1849-cu ildə italyan astronom Annibale de Gasparis tərəfindən kəşf edilib, lakin onun barəsində ətraflı məlumatı yalnız indi əldə etmək mümkün olub.

Xatırladaq ki, daha öncə NASA alimləri Günəşimizin planet "istehsal" etdiyini bildirmişdilər.

Natəvan Baxşiyeva

Mənbə: big.az