Nissan-ın qazancı kəskin azalıb

Nissan-ın qazancı kəskin azalıb

Yaponiyanın üçüncü böyük avtomobil istehsalçısı "Nissan Motor"un xalis mənfəəti maliyyə ilinin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 55% azalıb.

"Marja" xəbər verir ki, Nissan 30 Sentyabrda sona çatan ikinci rübdə xalis 58,99 milyard yen mənfəət əldə edib. Analitiklər 30,57 milyard yen xalis mənfəət gözləyirdilər.

İlin ilk 6 ayında isə xalis mənfəət keçən ilin eyni dövrü ilə müqayisədə 74% azalaraq 65,37 milyard yen təşkil edib.

Nissanın ikinci rübdə satışdan cəmi gəlirləri də keçən ilin eyni dövrü ilə müqayisədə 6,6% azalaraq 2,63 trilyon yen təşkil edib. Analitiklər isə 2,65 trilyon yen gəlir gözləyirdilər.

Mənbə: marja.az