Ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 2050-ci ildə 50% -ə qədər artacaq.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Bloomberg New Energy Finance şirkətinin proqnozunda deyilir.
Proqnoza görə, 2050-ci ilə qədər dünyanın enerji balansında kömür istehsalının payı 37% -dən 12%-ə düşəcək, nüvə istehsalı isə 21% olacaq.
Növbəti 30 il ərzində investorlar bərpa olunan enerji sənayesinin inkişafına təxminən 13 trilyon dollar sərmayə yatıracaq. Eyni dövrdə də elektrik enerjisinə tələbat artımının miqyası 62% olacaq.
Milli.Az
Mənbə: news.milli.az