VMF saatları dünya bazarına yeni trend təqdim edir

VMF saatları dünya bazarına yeni trend təqdim edir

Artıq 1 ildən çoxdur alıcılarına VMF adlı ilk Azərbaycan saatlarını təqdim edən Şirkət, bu yaxınlarda yeni kolleksiyasını da alıcıların ixtiyarına verəcək.

VMF Şirkətinin Direktoru Aida Əliyeva: "2019-cu ildə VMF Şirkəti olaraq ilk Azərbaycan saat markasının istehsalına və satışına başladıq. Artıq 1 il keçməsinə baxmayaraq VMF saatları alıcılarımız tərəfindən rəğbətlə qarşılanıb. Maraqlı faktlardan biri də odur ki, saatlarımızın alıcıları arasında xarici ölkələrdən gələn turustlər də çoxluq təşkil edir. Bu il VMF saatlarının yeni kolleksiyasının yaradılması istiqamətində gərgin işi tamamladıq. Artıq yeni kolleksiyamısın istehsal prosesi bitmiş hesab edə bilərik. Yaxın aylarda salonlarımızda görəcəyiniz kolleksiyalarda ana xəttimizi saxlayaraq daha çox qadın və o cümlədən, qolbaqlı saatlara üstünlük vermişik. Yeni kolleksiyamızda dəbin tendensiyalarına uyğun olaraq rəng çalarlarımız da müxtəlif və zəngindir. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycançı istehsalçılara tövsiyəsinə əsasən VMF Watches, artıq Özbəkistan, Qırğızıstan, İran və Türkiyə saat şirkətləri ilə təmsilçilik müqavilələri baqlayib və yaxın vaxtlarda bu ölkələrdə də Azərbaycan brendi olan yüksək texnologiya məhsulu VMF saatları satılacaq".

Peşəkar həyat və yüksək səviyyəli xidmət, keyfiyyətli məhsul və beynəlxalq zəmanət, müasir və münasib yerlərdə olan satış salonları VMF fəaliyyətinin mühüm elementidir. VMF nəinki Bakıda, eyni zamanda Azərbaycanın ən böyük şəhərlərində də dizayn və rahatlığı, yüksək xidmət göstərən peşəkar komandası ilə 20-dən çox satış nöqtələrində saatsevərlərə xidmət göstərir. Bu gün VMF Şirkəti dünyaca məhşur brendləri bir arada toplayaraq nəinki butik və salonlarında, onlarla diler şəbəkələrində təmsil olunur və bütün məhsullarına beynəlxalq zəmanət verərək paytaxtımızın bir neçə nöqtəsində yerləşən servis-təmir mərkəzləri ilə alıcılarına xidmət göstərir.

VMF Şirkətinin Direktoru Aida Əliyeva: "Bildiyiniz kimi, Şirkətimiz - VMF "Hər Saat Sizi düşünərək" sloqanını daşıyır. Hər ilimizin ondan əvvəlkindən daha səmərəli olması üçün daim yeniliklər axtarışındayıq. Bu il bir çox uğurlarımız oldu və bunlardan ən əsaslarından biri kimi vmf.az saytını təkminləşdirərək, online üzərindən satışlarımızı gerçəkləşdirməyə başladıq. Bu istiqamətdə təkminləşdirmə işləri davam edir və alıcılarımızın maraqlarını öz plana çəkəcəyik. Online üzərindən bir sıra kampaniyalar da keçirdik ki, bunların arasında həm adı, həm də müştəri məmumiyyətinə görə öndə gedəni “Axşam Bazarı” kampaniyasıdır. Kampaniya indi də davam edir və axşam saat 22:00-dan səhər saat 10:00-a kimi seçilmiş malları tam 50% endirimlə almaq mümkündür".

Model, estetika, keyfiyyət, funksiya və hörmət daşıyan markaların tək rəsmi nümayəndəsi olaraq istehlakçı istəyi və ehtiyaclarına görə özünü yeniləyə bilməsi, keyfiyyətli xidmət, müasir və professional idarəetmə ilə Azərbaycan bazarında lider bir markaya çevrilən VMF Şirkətini ad günü münasibəti ilə təbrik edirik.

Mənbə: istipress.com