“VKontakte” sosial şəbəkəsi rəylərə “dislike” funksiyasını əlavə edəcək

“VKontakte” sosial şəbəkəsi rəylərə “dislike” funksiyasını əlavə edəcək

“VKontakte” sosial şəbəkəsi 2020-ci ilin əvvəli yeni funkiyanı işə salacaq. Belə ki, gələn ilin əvvəllərindən etibarən, adıçəkilən sosial şəbəkənin istifadəçiləri digər istifadəçilərin rəylərini “dislike” etmək imkanı qazanacaqlar. Bu barədə sosial şəbəkə nümayəndələri VK Content Day konfransında açıqlama veriblər.

Nümayəndələrin sözlərinə görə, “dislike” etməklə istifadəçilər həmin rəyləri yazanlarla həmfikir olmadıqlarını onlarla açıq müzakirəyə qoşulmadan bildirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, oxşar funksiya YouTube-da da var. Digər sosial şəbəkələr isə istifadəçilərin rəylərini “dislike” etməyə icazə vermirlər.

Mənbə: bizplus.az