Ölüm riskini müəyyən edən süni intellekt yaradıldı

ABŞ-da hazırlanan süni intellekt proqramı təxminən 400 min ürək xəstəsinin Elektrokardioqram və ya digər EKQ nəticələrinə əsasən, bir il ərzində bu xəstəliyin ölümlə nəticələnmə hallarını yüksək dəqiqliklə proqnozlaşdırıb.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, “New Scientist” jurnalının araşdırmasına görə, doktor Brandon Fornvalt bir qrup həmkarı ilə birlikdə 1 milyon 770 min EKQ-ni süni zəka proqramına yükləyib.

Bir il ərzində xəstələrin həyatını itirib-itirməyəcəyini proqnozlaşdıran proqram, kardioloqlardan daha yaxşı nəticə əldə edib. Proqnozları 85 faiz dəqiq olaraq qiymətləndirilən süni intelekt, hətta kardioloqların EKQ nəticələrinə əsaslanaraq, sağlam olduqlarını düşündüyü xəstələr üçün də ölüm riskini dəqiq hesablayıb.

Xatirə
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Millinin kubalı baş məşqçisi: "Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm"

SONRAKI XƏBƏR

Opera və Balet teatrı ilə bağlı daha bir qalmaqal - "Məcnun" roluna görə də pul istəyirlər? - AÇIQLAMA