Britaniyanın “Typhoon” qırıcıları İslandiyada NATO hava missiyasına dəstək verəcək

Britaniyanın “Typhoon” qırıcıları İslandiyada NATO hava missiyasına dəstək verəcək

Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları 10 ildən çox bir müddət sonra NATO-nun İslandiyada keçirdiyi hava patrul missiyasına dəstək verəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, HHQ-nin 1-ci eskdariliyasından olan “Typhoon” qırıcıları dekabr ayının ortalarına kimi hava məkanında reydlər həyata keçirəcək.

Qeyd edək ki, İslandiyanın öz hərbi hava qüvvələri yoxdur və NATO-nun Hava Polisi Missiyası 2008-ci ildən bəri hava patrulları təşkil edir.

Sevinc Əliyeva

Mənbə: ordu.az