Dinozavrlar burda yaşayb: Həm də lələkləri ilə…

Dinozavrlar burda yaşayb: Həm də lələkləri ilə…

Yeni tapıntılar göstərir ki, cənub qütbü pinqvin, balina və 100 milyon il əvvəl yaşamış tüklü, lələkləri olan dinozavrların yaşayış yeri olub.

Cebhe.info xəbər verir ki, “Gondwana Research” jurnalında bu həftə dərc olunan araşdırmaya görə, bu, alimlərin cənub qütb dairəsi kimi ekstremal iqlimdə dinozavrların lələklərdən istifadə etdiyini göstərən dəlillər aşkarlanmasına dair bir ilkdir.

Bildirək ki, beynəlxalq alimlər qrupu Avstraliyanın Koonwarra bölgəsində tapılmış 118 yaşlı qalıqlar toplusunu araşdırıb. Araşdırmaya töhfə verən İsveçin Upsala Universitetinin press-relizində kolleksiyaya dinozavr sümüklərinin və "ət yeyən dinozavrların proto-lələkləri"nin daxil edildiyi göstərilir. Qeyd edək ki, "proto-lələklər" termini qədim lələklərin bu gün quşlarda olan lələk qədər mürəkkəb olmadığını ifadə edir. Bunun əvəzində o vaxt dinozavrlar izolyasiya üçün daha sadə "saç kimi" lələklərlə örtülü olarmış. Araşdırma müəlliflərindən biri Slovakiyanın Pavol Jozef Safarik Universitetinin alimi Martin Kundrat sözlərinə görə, bu lələk örtükləri kiçik dinozavrların qədim qütblərdə isinməsinə kömək edib.

Səyad Həsənli
Cebhe.info

 

 

Mənbə: cebhe.info