Britaniyalı “dəmir insan” öz rekordunu qırdı – VİDEO/FOTO

Britaniyalı Riçard Brauninq özünün ixtira etdiyi reaktiv kostyumla La-Manş boğazının üzərindən uçub.

“Daily Mail” yazır ki, ixtiraçı noyabrın 14-də La-Manş boğazının sahilində yerləşən Brayton şəhərindəki limanında 500 m hündürlükdə 1,34 km məsafəyə uçuş edib və beləliklə də, özünün Ginnesin rekordlar kitabına düşən ən yaxşı nəticəsini üstələyib.

Qeyd edək ki, Brauninqi “dəmir insan” adlandırırlar. Onun kostyumu 5000 at gücü verən 5 qaz mühərriki ilə təchiz olunub. Belə güc həm şaquli uçmağa, həm də əl hərəkətləri ilə uçuşun istiqamətini və sürətini müəyyən etməyə imkan verir.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan badmintonçusu beynəlxalq turnirinin finalına vəsiqə qazanıb

SONRAKI XƏBƏR

Müəllimlərin ən yüksək maaş aldığı ölkələrin TOP 10-luğu