Sosial şəbəkələrin statistikası - dünyada və Azərbaycanda

Sosial şəbəkələrin statistikası - dünyada və Azərbaycanda

Milli.Az marja.az-a istinadən Orxan Rzayevin yazısını təqdim edir

Bu gün dünyada 4.4 milyard insan internet istifadəçisidir. Bu göstərici hər keçən gün artmaqdadır. İnternet istifadəçi sayının artması özü ilə sosial media aktivliyini də artırır.

Son hesabatlara görə hazırda dünyada 7.7 milyard insan yaşayır, onlardan:

5.1 milyard - mobil telefon sahibi, 4.4 milyard - internet istifadəçisi, 3.7 milyard - aktiv sosial media istifadəçisidir.

Maraqlıdır ki, son bir ildə dünya əhalisi 1%, sosial media istifadəçi sayı isə 10% artıb.

Aylıq istifadəçi sayına görə sosial media və mesajlaşma platformaların reytinqi (Oktyabr, 2019):

Facebook - 2.4 milyard Youtube - 2 milyard Whatsapp - 1.6 milyard Fb messenger - 1.3 milyard Wechat - 1.1 milyard Instagram - 1 milyard QQ - 808 milyon QZone - 554 milyon TikTok - 500 milyon Weibo - 486 milyon Reddit - 330 milyon Twitter - 330 milyon Douban - 320 milyon Snapchat - 314 milyon Linkedin - 310 milyon Pinterest - 300 milyon.

Facebook-da istifadəçi sayı:

100 milyondan çox olan ölkələr - Hindistan, ABŞ, İndoneziya, Braziliya 50-100 milyon olan ölkələr - Meksika, Filippin, Vyetnam, Tayland 25-50 milyon olan ölkələr - Misir, Türkiyə, B. Britaniya, Banqladeş, Pakistan, Kolumbiya, Fransa, İtaliya, Argentina və Almaniyadır.

İnstagram-da istifadəçi sayı:

100 milyondan çox olan ölkələr - ABŞ, 50-100 milyon olan ölkələr - Hindistan, Braziliya, İndoneziya, 25-50 milyon olan ölkələr - Rusiya Türkiyə və Yaponiyadır.

Twitter-də istifadəçi sayı:

 

50 milyondan çox olan ölkələr - ABŞ, 10-50 milyon olan ölkələr - Yaponiya, Rusiya, B. Britaniya, S. Ərəbistanı, 5-10 milyon olan ölkələr - Türkiyə, Braziliya, Hindistan, Meksika, İspaniya, İndoneziya, Kanada, Fransa və Avstraliyadır.

Azərbaycanın sosial media istifadəçi statistikası (Oktyabr, 2019)

Məşhur sosial şəbəkələrin Azərbaycandan istifadəçiləri ümumi nisbətdə o qədər də çox olmadığından adətən bizim ölkə haqda statistika paylaşmırlar. Amma sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək ölkəmizdəki istifadəçi sayını təxmin etmək mümkün olur.

Hazırda Azərbaycanda aylıq aktiv 1.8 milyon Facebook istifadəçisi olduğu ehtimal edilir. Bunlardan:

70% - kişilər, 30% - qadınlar,

-

24.3% - 25 yaşadək, 33.8% - 26-35 yaş, 20.6% - 36-45 yaş, 21.3% - 46 yaşdan yuxarı auditoriya təşkil edir.

Ölkəmizdə Instagram istifadəçilərinin sayı isə təxminən 3 milyondur. Bunlardan:

65.2% - kişilər, 34.8% - qadınlar,

-

31.1% - 25 yaşadək, 48.1% - 26-35 yaş, 15.2% - 36-45 yaş, 5.6% - 46 yaşdan yuxarı auditoriya təşkil edir.

Milli.Az

Mənbə: news.milli.az