Toyota hərəkət edən süpürgə hazırladı

Toyota elektrik süpürgə yaratdı. Yalnız yerdə istifadə edilə bilən bu süpürgə, Harri Potterlə həyatımıza daxil olan Quidditçi xatırladır.

Yaponiyanın avtomobil nəhəngi Toyota, sizi eynilə Harri Potterdəki kimi gəzdirə biləcək müasir bir süpürgəni hazırladı.

Toyota şirkətinin yaratdığı bu maraqlı obyekt "e-broom" (e-süpürgə) olaraq adlandırılır. Bu məhsulun püskül qisimində olan bir təkər, istehlakçıların gəzə bilmələrini təmin edir. Ancaq bu məhsul, bu an üçün havalanma və ya yüksək sürətlərə çatmaq kimi bir iddiaya sahib deyil. Onsuz da Toyota şirkətinin də belə bir planının olduğu düşünülmür.

Bu futuristik məhsul, əslində çox sadə bir mexanizmə sahibdir. Bu məhsulun sahib olduğu elektrik mühərriki, istehlakçılar üçün məqbul sayıla biləcək bir güc meydana gətirir və bu güc, süpürgənin alt qisimində olan təkərə çatdırılır. Ayağına konki geyən bir istehlakçı, bu süpürgə sayəsində rahatlıqla hərəkət edə bilir. Toyota şirkətinin e-broom ixtirası Harri Potter ilə həyatımıza daxil olan Quidditçi sevərlərin marağını çəkəcək deyəsən.

Toyota, e-broom vasitəsinin sahib olduğu xüsusiyyətləri ətraflı açıqlamadı.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ramiz Mehdiyev İran arxivlərinə maraq göstərir: “Düşünürəm ki, orada qiymətli materiallar vardır” - FOTO

SONRAKI XƏBƏR

Ən varlı model daş-qaş almağa çıxdı - FOTO