Alimlər Naska səhrasında yeni rəsmlər kəşf etdilər – FOTO

Alimlər Naska səhrasında yeni rəsmlər kəşf etdilər – FOTO

Yaponiyanın Yamaqata universitetinin alimləri Cənubi Amerikada yerləşən Naska səhrasında 143 yeni geoglif aşkar ediblər.

“RİA Novosti” xəbər verir ki, rəsmlərdə heyvanlar v insana bənzər məhluqlar əks olunub

Səhranın qərbində yerləşən yeni rəsmlər 3D analizi ilə müəyyən edilib.

Geogliflər e.ə.100-cü ildən b.e. 300-cü ilinə qədər tarixlənir.

Naska səhrasının rəsmləri XVI-cı əsrdə ispan işğalçıları tərəfindən aşkar edilib və “yol nişanları” kimi qeydə alınıb.

Mənbə: www.oxu.az