Gələcəyin ən böyük sualı - FACEBOOK, YOXSA DÜNYA BANKI?

Gələcəyin ən böyük sualı - FACEBOOK, YOXSA DÜNYA BANKI?

Facebook 2020-ci ildə öz qlobal kriptovalyutası olan “Libra”nı dövriyyəyə buraxmaq niyyətindədir. “Libra” 2.2 milyarddan çox Facebook istifədəçisinin yararlana biləcəyi rəqəmsal və qlobal valyutadır. Bu rəqəmsal valyuta Messenger və WhatsApp vasitəsilə göndərilə, alış-veriş zamanı istifadə edilə bilər.

FED.az məlumat verir ki, hazırda layihə böhran dövrünü yaşayır. Belə ki, Viza, MasterCard və PayPal platforması bu layihədən geri çəkildiyini açıqlayıb. Bəzi ABŞ senatorları “Libra” vasitəsilə cinayətkarların pul köçürmələri üçün rahat kanal əldə edəcəklərini düşünür. Fransa və Almaniyada isə “Libra” kriptovalyutası hələ istifadəyə verilmədən qadağan edilib.

Bununla belə bir sıra layihədə bütün maneələrə rəğmən uğur qazanan Feysbukun "Libra"da da bu performansı nümayiş etdirəcəyi proqnozlaşdırılır.

TED

Mənbə: fed.az