"Google" və "Facebook" insanların məlumatlarını toplayır - BAM

"Google" və "Facebook" insanların məlumatlarını toplayır -  BAM

Beynəlxalq Amnistiya Məhkəməsi "Facebook" və "Google" tərəfindən istifadə olunan məlumat toplama modellərinin insan hüquqlarına təhdid olduğunu açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, insanlara pulsuz onlayn xidmətlər təklif etdikdən sonra onlar haqqında məlumat toplayaraq pul qazanmağın düşüncə və ifadə azadlığı başda olmaqla çox sayda insan hüquqlarını pozduğu bildirilib.

Açıqlamada iki texnologiya nəhəngi olan şirkətlərin müştərilərinə qarşı istifadə edilə biləcək çox böyük miqdarda məlumat topladıqları vurğulanıb. Bu vəziyyətin gizlilik haqqları ilə ziddiyət təşkil etdiyi bildirilib. Qurum istifadəçiləri gizlilik qorumaq üçün tədbirlər görməyə çağırıb.

Mənbə: metbuat.az