Bitcoin White Paper – 11 il

Bitcoin White Paper – 11 il

Satoşi Nakamoto 31 okytabr 2008-ci ildə "Bitcoin: A Peer-to-Peer Electronic Cash System"adlı sənədi (White Paper) internetə buraxdı və bununla da bitcoin tarixi başladı.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitkoinin əsl "doğum günü"-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

Qısa tarix:

18 avqust 2008 - Bitcoin.org domeni qeydiyyata alınıb;
3 yanvar 2009 - Genezis blok - ilk bitcoin bloku yaradıldı;
12 yanvar 2009 - Satoşi Nakamoto Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi;
5 oktyabr 2009 - The New Liberty Standard ilk dəfə olaraq bitkoinin dollara qarşı məzənnəsini təyin etdi: 1 dollar = 2300,03 BTC;
17 mart 2010 - Bitcoin bitcoinmarket.com ticarət platformasında ilk qeydə alınan ticarət qiyməti 0,003 dollar dəyərində qiymətləndirilib;
22 may 2010 - İlk bitcoin sövdələşmə baş verdi. Laszlo Hanyecz adlı proqramçı internetdə 2 pizzaya görə 10.000 BTC ödəyib;
9 fevral 2011 - İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC.
ddd

Satoşi Nakamoto-nun kimliyi və bitkoini yaratmasının səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb isə genezis blokun heşində The Times nəşrindən olan "Chancellor on brink of second bailout for banks" başlığının olmasıdır.

Mənbə: news.milli.az