Yapon şirkəti Livanda rabitə cihazlarında partlayışla bağlı məlumatları yoxlayır

Yapon şirkəti Livanda rabitə cihazlarında partlayışla bağlı məlumatları yoxlayır

Yaponiyanın "Icom" korporasiyası istehsal etdiyi rabitə cihazların Livanda kiberhücumdan sonra partlaması ilə bağlı məlumatları yoxlayır.

Bu barədə şirkət saytında məlumat yayıb.

"Livanda şirkətimizin loqosu olan rabitə cihazlarımızın partlaması ilə bağlı xəbərlər daxil olub. Hazırda insidentin başvermə səbəblərini araşdırırıq", - məlumatda deyilir.

“İcom” yoxlamanın nəticələrinə əsasən əlavə məlumat verəcəyini vəd edib.

Mənbə: report.az