Türkiyədə terrorun kökünü kəsəcəyik.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə çıxışı zamanı deyib.
O bildirib ki, terrorla mübarizə Türkiyənin “qırmızı xətt"idir.
Nazir söyləyib ki, terrorizmə qarşı mübarizə bundan sonra da davam edəcək.
Mənbə: report.az