Rusiyadan “Netflix”in saytına VPN proqramı olmadan daxil olmaq mümkün deyil

Rusiyadan “Netflix”in saytına VPN proqramı olmadan daxil olmaq mümkün deyil<span class="qirmizi"></span>

 

Bu gündən etibarən Rusiya Federasiyasının ərazisində internet istifadəçiləri “Netflix”in saytına yalnız VPN proqramının vasitəsi ilə daxil ola bilər.

Qeyd olunur ki, Rusiya ərazisindən “Netflix” saytına daxil olan zaman ekranda “Not Available” (“Mövcud deyil”) ifadəsi görünür.

Məlumat üçün qeyd edək ki, “Netflix” videoyayım şirkəti mart ayından etibarən Rusiyada fəaliyyətini tamamilə dayandırdığını açıqlayıb.

Bundan əlavə “Netflix” Rusiyadakı “App Store” və “Google Play”dən öz tətbiqini silib. Artıq hər iki platformada axtarış sistemində xidmətin adı daxil edildiyi zaman proqram görünmür.

Mənbə: Dtf.ru

Mənbə: www.oxu.az