Mobil nömrələrin satışı üz tanıma texnologiyası ilə həyata keçiriləcək

Mobil nömrələrin satışı üz tanıma texnologiyası ilə həyata keçiriləcək

Bakı, 3 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC

“Bakutel 2019” sərgisi çərçivəsində nümayiş olunan “SmartCell” həllinin tətbiqinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə “Azərcell” şirkəti ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memoranduma əsasən, “Elektron imza”dan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq qurulacaq.

Memorandumu MHM-in direktoru Elnar Əsədov və “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev imzalayıblar.

Mənbə: azertag.az