RUSİYA KOSMİK GÜC STATUSUNU İTİRİR

RUSİYA KOSMİK GÜC STATUSUNU İTİRİR

NASA baş müfəttişinin son hesabatına görə, gözlənilməz hadisələr baş verməsə, agentliyin “Commercial Crew” proqramı 2020-ci ilin yayında işə düşəcək. Bu hadisə həmçinin kosmik dövlət kimi Rusiyanın sonunun başlanğıcı olacaq. Bu barədə Mark Uittinqton (Mark R. Whittington) “The Hill” qəzetində yazır.

Nəzərdə tutulmuşdu ki, “Boeing” şirkətinin “CST-100 Starliner” və “SpaceX” şirkətinin “Dragon 2” kosmik gəmiləri 2017-ci ildə astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdıracaq və geri qaytaracaq. Texniki nöqsanlar və başqa problemlər proqramı 3 il gecikdirib.

Bundan başqa, proqramın ləngiməsi BKS heyətində müvəqqəti ixtisara, elmi tədqiqatların və orbital laboratoriyalarda fəaliyyətin zəifləməsinə gətirib çıxara bilər. NASA-nın baş müfəttişlik idarəsi boşluğu doldurmaq üçün “Soyuz” aparatının əlavə uçuşlarının haqqını ödəməyi məsləhət görür. ABŞ Konqresi xərcləri öz üzərinə götürməsə, kosmik agentlik başqa sahələrin inkişafına ayrılmış vəsaitdən istifadə etmək məcburiyyətində qalacaq.

Məqalə müəllifi xatırladır ki, bir il əvvəl baş verən iki hadisə Rusiyanın kosmik proqramında keyfiyyətə nəzarət sahəsində problemlərin artdığını göstərib. Əvvəlcə yeni heyət stansiyaya çatdırıldıqdan sonra BKS-ə birləşən “Soyuz” kosmik gəmisində sızma aşkarlanıb. Buna kosmik gəminin arakəsməsində açılan deşiyin səbəb olduğu deyilib. Sonra sensorda baş verən nöqsanlara görə “Soyuz” gəmisinin buraxılışı təxirə salınıb.

1960-cı ildən uçuşlar həyata keçirən “Soyuz” etibarlı aparat hesab edilir. Əgər keyfiyyətə nəzarət və korrupsiya kosmik gəmini nüfuzdan salırsa, deməli, Amerika mümkün olduğu qədər tez bir zamanda özünün kommersiya uçuşlarını həyata keçirməlidir.

Rusiyanın 85 milyon dollara yaxın vəsaitə ehtiyacı olacaq. NASA bu məbləği “Soyuz” gəmilərinin uçuşlarına xərcləyib. Pul 2020-ci ildə ödəniləcək, çünki kosmik agentlik “Commercial Crew” proqramı üçün nəqliyyat vasitələri gözləyir. Neft və qazdan asılı olan, korrupsiya və qeyri-effektivlikdən əziyyət çəkən Rusiya iqtisadiyatı fərqi kompensasiya etməyə çalışmayacaq. Rusiya prezidenti Vladimir Putin Suriya və Ukraynada imperiya avantüralarına həddindən artıq çox pul xərcləyir, ona görə ölkənin kosmik proqramına vəsait çatmır. Rusiya kosmosda müstəqil fəaliyyətə tab gətirə biləcəkmi? Bəlli deyil.

NASA kosmik səfərlər həyata keçirən rus şirkətlərini deyil, Amerika şirkətlərini maliyyələşdirsə, onda kosmik uçuşlarla bağlı özəl sektor yarana bilər. İnsanları yerətrafı orbitə çatdırmaq və geri qaytarmaq imkanı özəl kosmik stansiyaların inkişafı üçün böyük əhəmiyyət daşıyacaq. “Bigelow” və “Axiom” şirkətlərində məhz bu imkan nəzərdə tutulub. Kommersiya məqsədi güdən kosmik stansiyalar BKS-i əvvəlcə tamamlayacaq, sonra əvəzləyəcək.

Proses heç vaxt doğru-düzgün aparılmayıb. NASA baş müffətişlik idarəsi aşkar edib ki, kosmik agentlik eyni xidmətə görə “SpaceX” ilə müqayisədə “Boeing” şirkətinə daha çox pul ödəyir: bir yer üçün 55 milyon dollar deyil, 90 milyon dollar. “SpaceX” şirkətinin direktoru İlon Mask (Ilon Musk) narazıdır. Lakin yeganə əhəmiyyətli məsələ əlavə bonus kimi düşmən qüvvə Rusiyanın istisna edilməsi ilə “Commercial Crew” proqramının özəl xətləridir. Gedişatda baş verənlər nəticədə yalnız tarixçilərə maraqlı olacaq.

Mənbə: www.xpressa.net