Ermənistan Hindistanın “MArG 155 - BR” özüyeriyən haubitsalarının partiyasını alır.
Bizim.Media xəbər verir ki, 4x4 təkərli şassi üzərində quraşdırılan 155 mm-lik artilleriya sisteminin lüləsinin uzunluğu 39 kalibrdir və 24 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.
“MArG 155-BR” əslində ABŞ-ın M777 haubitsasının surəti olan ULH silahı əsasında yaradılıb.
Qeyd olunur ki, Hindistanın “MArG 155-BR” haubitsalarının Ermənistana tədarükü üç il ərzində həyata keçiriləcək.
Nyu-Dehlinin İrəvana təhvil verəcəyi silahların dəqiq sayı barədə məlumat verilmir.
Bizim.Media
Mənbə: bizim.media