Subaru Levorg modelinin ikinci nəslinin şəkli dərc edilib - FOTO

Subaru Levorg modelinin ikinci nəslinin şəkli dərc edilib - FOTO

Rəsmi debütündən öncə şəkli İnternet şəbəkəsində peyda olan avtomobillərdən biri də ikinci nəsil Subaru Levorg modelidir. Bu gün Web Car dərgisi yeni modelin şəklini dərc edib. Yeni avtomobil Impreza WRX modelinin üslubunda aqressiv görkəmə sahib olub.

23 oktyabr tarixində Tokyo avtosalonunda konsept statusunda debüt edəcəyinə baxmayaraq, yeni Levorg konsepti keçən il nümayiş etdirilmiş Subaru Viziv Tourer konseptinin futuristik cizgilərindən məhrum olub. Qeyd etmək lazımdır ki, avtomobilin əmtəə versiyası seriyaöncəsi modeldən ciddi şəkildə fərqlənməyəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ikinci nəsil Subaru Levorg modelinin qlobal SGP (Subaru Global Platform) modul platformasına keçəcəyi ehtimal olunur. Bu platforma yeni modeli müasir elektron yardımçılar ilə təchiz etməyə, kuzovun sərtliyini artırmağa, çəkini və istehsal xərclərini azaltmağa imkan verəcəkdir.

İlkin məlumata görə, Levorg modelinin mühərrik çeşidi tamamilə yenilənəcəkdir. Yeni Subaru Levorg 150 at qüvvəli 1,5 və 270 at qüvvəli 1,8 litrlik turbomühərriklər ilə təklif ediləcəkdir. Eyni zamanda, Ascent modelindən alınmış 2,4-litrlik mühərrikin, e-Boxer yumşaq hibrid sisteminin və qoşulan hibrid variantının təklif ediləcəyi də gözlənilir.

Milli.Az

Mənbə: news.milli.az