2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

2020-ci ildə beş yeni “iPhone” modeli təqdim edə bilər

"Apple" korporasiyası gələn il eyni vaxtda beş yeni nəsil "iPhone" modelini təqdim edə bilər. Bu haqda "TF Securities" şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən "Macrumors" portalı yazıb.

ABŞ korporasiyasının 6,7 düymlük diaqonallı ekrana malik üçkameralı smartfon təqdim edəcəyi gözlənilir. Üçkameralı daha bir aparat 6,1 düymdən böyük olmayan ekranla təchiz ediləcək. İkikameralı yeni cihazın displeyi, həmçinin eyni diaqonala malik olacaq. Daha bir ikikameralı "iPhone" modeli 5,4 düymlük diaqonala malik ekranla təchiz ediləcək. Nəhayət, yeni istehsal xətti üzrə ən kiçik smartfon 4,7 düym diaqonallı ekrana malik olacaq.

Analitikin fikrincə, sonuncu cihaz 4 düymlük diaqonallı ekranla təchiz edilmiş "iPhone SE" qurğusunu əvəz etmək üçün nəzərdə tutulub və "iPhone SE2" adlandırıla bilər. Bu smartfon daha güclü "A13" prosessoru ilə təchiz ediləcək.

Mənbə: olaylar.az