"Apple"dən işçilərinə BÖYÜK ŞOK

"Apple"dən işçilərinə BÖYÜK ŞOK

ABŞ-ın 1.2 trilyon dollardan çox bazar dəyəri olan "Apple" şirkəti iki işçisini Federal Məhkəməyə verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Apple"ın iki işçisinin şirkətin sirlərini oğurlayaraq Çinə qaça biləcəkləri iddia edilib.

Şimali Kaliforniya Bölgə Məhkəməsi prokurorları texnoloji sirləri oğurlamaqda ittiham edilən "Xiaolang Zhang" və "Jizhong Chen"in izlənilmələrinin vacib olduğunu deyib.

Prokurorlar tərəfindən verilən açıqlamaya görə, "Zhang", "Apple"ın sürücüsüz maşın idarəetmə proqramında çalışıb və gizli proyektdəki faylları oğurlayıb.

Oğurluqda ittiham edilən "Zhang" və "Chen" mövzuyla əlaqədar verdikləri açıqlamada bütün iddiaların yanlış olduğunu və özlərinə qarşı haqsızlıq edildiyini ifadə edib. Günahlandırılanlar ilk mərhələdə həbs olunub, ancaq bir müddətdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, hər iki işçi şirkətdən qovulub.

Milli.Az

Mənbə: news.milli.az