Hindistan 50-ci peykini səmaya buraxacaq

Hindistan 50-ci peykini səmaya buraxacaq

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı bu gün yerli vaxtla saat 15: 25-də “Satish Dhawan” Kosmik Mərkəzindən RISAT-2BR1 peykini səmaya buraxacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, Hindistanın sayca 50-ci peyk buraxılış vasitəsidir.

Qeyd edək ki, RISAT-2BR1hər hansı bir buluddan asılı olmayaraq həm gündüz, həm də gecə saatlarında Yer kürəsini görüntüləyə bilən bir radar kəşfiyyat peykidir.

Sevinc Əliyeva

Mənbə: ordu.az