Eskpert: “KXDR-in uzun mənzilli raket üçün mühərrikləri sınaqdan keçirdiyi ehtimal edilir”

Eskpert: “KXDR-in uzun mənzilli raket üçün mühərrikləri sınaqdan keçirdiyi ehtimal edilir”

Şimali Koreya Milli Müdafiə Elmləri Akademiyasının nümayəndəsi bildirib ki, sınağın nəticələri yaxın gələcəkdə bir daha KXDR-in strateji mövqeyinin dəyişdirilməsinə mühüm təsir göstərəcək.

Mütəxəssislər Şimali Koreyanın “böyük əhəmiyyət daşıdığı” iddia etdiyi sınağın potensial olaraq uzaq mənzilli raket üçün yanacaq mühərriki sınağı olduğunu bildirir.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Nüvə Siyasəti Proqramının direktoru Maykl Elleman Şimali Koreyanın “statik mühərrik sınağı” keçirdiyini güman edir.

Statik mühərrik testi mühərrikin havaya əsl raket buraxmadan yerdə sınaqdan keçirilməsi deməkdir.

“Mühərrikin yeni model olub-olmadığını və ya sınağın uğurlu olub-olmamasını fotoşəkillər olmadan bilmək mümkün deyil”, - deyə Elleman bildirib.

Sevinc Əliyeva

Mənbə: ordu.az