Cənubi Koreya HHQ-nin FA-50 təyyarələrinin məlumat ötürmə sistemləri yenilənəcək

Cənubi Koreya HHQ-nin FA-50 təyyarələrinin məlumat ötürmə sistemləri yenilənəcək

Cənubi Koreyanın Müdafiə Proqramı İdarəsi və Koreya Aerokosmik Sənayesi arasında ölkənin Hərbi Hava Qüvvələrinin FA-50 yüngül hücum təyyarələri üçün “Link 16” taktiki məlumat ötürmə sistemini yeniləmək üçün müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sistemin yenilənməsində məqsəd şifrləmə sistemindəki təhlükəsizliyi artırmaq və müdaxilələrə qarşı gücləndirməkdir.

Qeyd olunur ki, E-737 erkən xəbərdarlıq və tuşlama sistemli təyyarələri, F-15K qırıcıları və KDX-III “Aegis” esminesi daxil olmaqla, doqquz platformada da oxşar yeniləmələr aparılacaq.

Sevinc Əliyeva

Mənbə: ordu.az