Uçan avtomobil PAL-V Pioneer

Uçan avtomobillər dünyada görünməyə davam edir. Uçan avtomobil PAL-V Pioneer modelinin prototipi, Mayami 2020 və Beyond sərgisində təqdim edilib. Olduqca maraqlı olan maşının qiyməti də açıqlandı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, uçan avtomobillər, keçmişdən bəri elmi-fantastik ədəbiyyatın əhəmiyyətli fiqurlarından biridir. Elmi-fantastikanın ana fiqurlarından olan uçan avtomobillər, yavaş-yavaş əsl dünyaya da daxil olurlar. Əsl uçan avtomobil, bu həftə Mayami Sənət Həftəsində sərgilənir və onun haqqında məlumatlar iştirakçılarla paylaşıldı. Prototip uçan avtomobil önümüzdəki aylarda çıxarılacaq. PAL-V Pioneer uçan avtomobil, yerdə 160 km/s sürətə çatır, havada 320 km/s sürətə çata bilir.

PAL-Vin baş mühəndisi olan Mayk Stekelenburq bu barədə belə deyib: "Gedərək daha çox uçan avtomobil açıqlanmasına baxmayaraq, yalnız bir ovuc şirkət həm avtomobil olaraq istifadə edilə bilən, həm də uça bilən vasitələr üçün işləyir. Bu kombinasiya, daha əvvəl görülməmiş bir azadlıq təqdim edir: Qapıdan qapıya səyahət uçma azadlığı".

Mayamidə bir PAL-V Pioneer prototipi ziyarətçilərin bəyənməsinə təqdim edildi. Bu prototiplə birlikdə PAL-V Pioneer modelinin istehsalı da ediləcək. İstehsalçı firma PAL-V Pioneer modelinin qiymətinin 425.000 avro olacağını açıqladı. Bu zamana qədər 70 PAL-V Pioneer modelinin sifariş verildiyi də açıqlandı.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Yeni masaüstü Intel prosessorları apreldən sonra təqdim ediləcək

SONRAKI XƏBƏR

Sadəliyin təntənəsi – Yapon möcüzəsi