Zukerberq İnstaqram və Vatsapı itirə bilər

Zukerberq İnstaqram və Vatsapı itirə bilər

Meta şirkəti İnstaqram sosial şəbəkəsini və Vatsap messencerini itirə bilər.

Bu barədə “Verc” nəşri yazıb.

Məlumata görə, korporasiya bu platformaları aldıqdan sonra sosial şəbəkə bazarında hökmranlıq etməkdə ittiham olunur.

Nəşr iddia edib ki, korporasiyanın sahibi Mark Zukerberq problemi aradan qaldırmaq üçün ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampla yaxınlaşmağa çalışır.

Xatırladaq ki, 2020-ci ildə də şirkətə qarşı oxşar ittihamlar irəli sürülmüş, lakin sonradan problem həll edilmişdi.

Mənbə: axar.az