"Tesla"nın YENİ avtomobil MODELİ - FOTO

"Tesla"nın YENİ avtomobil MODELİ - FOTO

Tesla yeni avtomobil modelini nümayiş edib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, elan olunmamış yeni məhsulun görüntüsünü şirkət Çinin "WeChat" mobil proqramında dərc edib.

Məlumata əsasən, ABŞ-ın avtomobil istehsalçısı yaxın zamanda Çində dizayn və tədqiqat mərkəzi açacaq.

"Tesla", həmçinin, "Çin üslubunda" avtomobillər hazırlamaq üçün dizayner axtarışında olduğunu elan edib.

Yeni avtomobil zahiri görünüşündən "Model Y" krossoverinə bənzəyir, lakin daha kiçik və daha "iti" formaya malikdir.

Avtomobilin arxa görünüş güzgülərinin olmaması da diqqət çəkir.

Natəvan Baxşiyeva

Mənbə: big.az