İsrail sərnişin təyyarələrini raketlərdən belə qoruyur- Analoqu olmayan təhlükəsizlik sistemi (FOTOLAR)

İsrail sərnişin təyyarələrini raketlərdən belə qoruyur- Analoqu olmayan təhlükəsizlik sistemi (FOTOLAR)

Az adam fikirləşər ki, İsrail yalnız hava limanında deyil, həm də havada sərnişinlərini qoruyur. Keniyada 2002-ci ildə bir sərnişin təyyarəsini vurmağa cəhd edilib.

Xoşbəxtlikdən, cəhd uğursuz olub, lakin İsrail mühəndisləri məsələni faciəli bir hadisəyə gətirməməyi qərara alıblar və qoruma sistemini yaratmağa başlayıblar. İki il sonra, Hərbi Müdafiə Sənayesi müəssisəsi Hava Hücumundan Müdafiə cihazını təqdim edib. Artıq 2004-cü ilin yayında hava hücumundan müdafiə kompleksinin ilk sınaqları keçirilib və bu da yüksək nəticə göstərib. “Hava Qoruma Qurğusu” təyyarənin səthinə quraşdırılmış "elektronika ilə doldurulmuş bir qutu"dur.

Kameralar, radarlar, kompüterlər, güclü lazer sistemi və daha çox şey "Təhlükəsizlik qutusu"nda var. Sistemin bütün detalları məxfiləşdirilib. Hətta təyyarə pilotları da bu cihazın necə işlədiyini bilmirlər. Hər şey tam avtomatlaşdırılmışdır.

Raket buraxılış sistemin sensörləri tərəfindən aşkar edildikdə, lazeri baş tərəfə yönəldir və bununla da raketin qarşısında istilik tələləri qurur.

Raket, öz növbəsində, kursdan yayınaraq orijinal hədəfini itirir. 2006-cı ildən bəri bütün İsrail təyyarələri Hava Hücumundan Müdafiə cihazları ilə təchiz edilmişdir. Dünyada bu cür təhlükəsizliyin analoqu hələ də yoxdur.

 

Mənbə: moderator.az