Volkswagen 2019-cu ildə nə qədər nəqliyyat vasitəsi satdı?

Volkswagen 2019-cu ildə nə qədər nəqliyyat vasitəsi satdı?

Almaniyanın avtomobil istehsalçısı Volkswagen-in (VW) baş icraçı direktoru (CEO) Herbert Diess-un Nyu Yorkda etdiyi investor təqdimatı şirkətin internet saytında da yayımlanıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, təqdimata görə, tərkibində Scania, MAN, Lamborghini, Skoda, Audi, Porsche və Bugatti kimi markaların olduğu VW Qrupunun dünya miqyasında nəqliyyat vasitələrinin satışları ötən il 2018-ci ilə görə, 1 miqdar artaraq 10,8 milyon ədədə çatıb.

VW Grubu, daha öncə 2019-cu ildə də nəqliyyat vasitələrinin çatdırılmasının bir öncəki il ilə eyni səviyyədə qalacağını açıqlamışdı.

Təqdimata görə, şirkətlər qrupu, şirkət daxili proqram təminatına ayırdığı investisiyanı 10%-dən 60%-ə yüksəltmək üçün 7 milyard avro dəyərində investisiya edəcək.

VW Grubu-nun dünya miqyasında 20-i Avropda olmaqla, 32 ölkədə 122 istehsal müəssisəsi var. Şirkətin 665 000 işçisi mövcuddur və istehsal etdiyi nəqliyyat vasitələrini 153 ölkədə satır.

Qeyd edək ki, kompaniya ötən il ilə bağlı maliyyə nəticələrini 17 mart 2020-ci ildə elan edəcək.

Milli.Az

Mənbə: news.milli.az