Hindistan sualtı qayıqlar üçün ballistik raket sınağı həyata keçirib

Hindistan sualtı qayıqlar üçün nəzərdə tutulmuş K-4 ballistik raketinin uğurlu sınağını keçirib.

APA xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “ANI” xəbər agentliyi məlumat yayıb .

Məlumata görə, raket Benqal körfəzinin Andhra-Pradeş ştatı sahillərində suyun altından atılıb. Digər sınaq təfərrüatları hələlik barədə məlumat verilməyib.

K-4 – müxtəlif tipli döyüş başlıqlarını, o cümlədən nüvəni daşıya bilən orta mənzilli ballistik raketdir. Raketin maksimal məsafəsi 3500 km-dir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Zlatandan daha bir rekord

SONRAKI XƏBƏR

Nərminin qətli ilə bağlı sensasion detal: Polis də həbs edildi