Hindistan ballistik raketini sınaqdan keçirdi

Hindistan ballistik raketini sınaqdan keçirdi

Hindistan sualtı gəmilər üçün nəzərdə tutulan K-4 ballistik raketlərini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı ANİ agentliyi yayıb. Raketin Benqal körfəzindən buraxıldığı bildirilib.

Qeyd edək ki, K-4 raketi ortamənzillidir. O, müxtəlif növ döyüş başlıqlarını, o cümlədən nüvə başlığını daşımaq gücündədir. Bu raketlər 3500 kilometrə qədər hədəfləri məhv etmək gücündədir.

Mənbə: axar.az