Yaponiya 6G rabitə sisteminin tətbiqinə hazırlaşır

Yaponiya 6G rabitə sisteminin tətbiqinə hazırlaşır

Yaponiya hökuməti 6G rabitə şəbəkəsinin 2030-cu ildə tətbiqi üçün hazırlıq işlərinə başlamaq barədə qərar verib.

“Report” NHK-ya istinadən xəbər verir ki, bunun üçün yaradılan Ekspertlər Şurası bu ilin yayında yeni rabitə sisteminin tətbiqinə dair strategiya hazırlamalıdır.

Qeyd edək ki, 5G rabitə sistemini bu ilin yazında kütləvi şəkildə tətbiq edəcək Yaponiya bu sahədə ABŞ və Cənubi Koreyadan geridə qalıb. “Kyodo” xəbər verir ki, bu geriliyi aradan qaldırmaq istəyən Yaponiya hökuməti özəl sahibkarlarla birgə daha qabaqcıl olan 6G rabitə sisteminin tətbiqində irəli çıxmağı hədəfləyir. Yeni sistemin tətbiq etməyin nəzərdə tutulduğu sahələr arasında pilotsuz nəqliyyat sahəsinin adı çəkilir.

Mənbə: report.az